Dünya futbolu

“Real”lını “Barsa”lı əvəz edəcək

26 yaşlı Rafinya Braziliya millisinə çağırılıb.

Aut.az xəbər verir ki, “Barselona”nın hücumçusu millidə “Real”ın zədəli ulduzu Vinisius Junioru əvəz edəcək.

Vinisius İspaniya çempionatının 3-cü turunda “Selta” ilə matçda (1:0) əzələsindən zədə alıb və 18-ci dəqiqədə əvəzlənib. Sonradan məlum oldu ki, futbolçu 6 həftəyə qədər meydana çıxa bilməyəcək.

DÇ-2026-nın seçmə mərhələsinin açılış turlarında Braziliya Boliviya və Peru ilə qarşılaşacaq. Matçlar sentyabrın 8-i və 12-nə təyin edilib.

Aut.az