Dünya futbolu

Messi Antonella ilə birgə bu idman növü ilə məşğul olub, amma…

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi tennis oynamaq cəhdlərindən danışıb.

Aut.az xəbər verir ki, Messinin sözlərini “TennisUpToDate” sitat gətirib.

“Həqiqət budur ki, tennis çətin idman növüdür. Oynamaq üçün onu yaxşı bacarmaq lazımdır. Yaxşı texnikan olmalıdır.

Mən cəhd etmişəm. Uzun illər əvvəl Antonella ilə bir neçə dərsə getdik və sonra dayandıq. Mən tennisi sevirəm, amma onu necə oynayacağımı bilmirəm”, – Messi deyib.

Aut.az