İngiltərə

Azarkeşlərə məktub yazdı: Utanıram

“Lester Siti”nin əfsanəvi hücumçusu və kapitanı Ceymi Vardi komandasının uğursuz mövsüm keçirməsinə görə üzr istəyib.

Aut.az xəbər verir ki, o, bunu azarkeşlərə yazdığı açıq məktubda bildirib.

“Nə deyəcəyimi bilmirəm. Bu mövsümlə bağlı qəzəbimi və kədərimi sözlər ifadə edə bilməz. Heç bir bəhanə yoxdur, uğursuz olduq. Gizlənməyin mənası yoxdur.

Mən uzun müddətdir ki, bu klubda oynayıram və çoxlu eniş-yoxuşlar yaşamışam, lakin bu mövsüm tamamilə məyus oldum. Mən bu vəziyyətdən utanıram və üzr istəyirəm ki, siz də bütün bunları yaşadınız.

Biz lazımi səviyyədə oynamadıq. Təəssüf ki, 2025-ci il mövsümünü belə zəif bir performansla başa vurduq”, – deyə Vardi sosial şəbəkədə yazıb.

Qeyd edək ki, 33-cü turda “Liverpul”a uduzan “Lester”in (0:1) Premyer Liqanı tərk edəcəyi məlum olub.

Aut.az