Dünya futbolu

Millinin üzvü Tramp haqda: İyrənc davranış idi

ABŞ yığmasının futbolçusu Meqan Rapino sabiq prezident Donald Trampı tənqid edib.

Aut.az xəbər verir ki, Rapino Trampın 2019-cu ildə  Qadınlar arasında kekçirlən  Dünya çempionatı zamanı ABŞ millisini necə tənqid etdiyini xatırladıb.

“Tramp-a gəlincə, mən onu ciddi insan hesab etmirəm. Heç vaxt da etməmişəm. Söhbət siddi şeylərdən gedir. O, komandanın həyatındakı ən mühüm hadisə zamanı öz vətəndaşlarına nifrət edən və “Twitter”də komandasına nifrət edən ABŞ prezidentidir. İyrənc davranış idi”, – deyə futbolçu bildirib.

Aut.az