Ukraynalı futbolçu Roman Zozulya Andrey Şevçenkonu Milan derbisində Novak Cokoviçin yanında əyləşdiyinə görə kəskin tənqid edib:
“Axmaqlıq, yoxsa ikili standart? Əgər siz Ukraynaya dəstək verən xeyriyyə platforması olan “United 24”-ün səfirisinizsə, o zaman tanıtım videoları çəkməklə yanaşı, sizin də reputasiya məsuliyyətiniz var. Və artıq şəxsi deyil, bütün ölkə üçün. Əgər sizi futbola dəvət edirlərsə və yanınızda rusiyapərəst bir idmançı oturursa, apriori olaraq ona xoş baxışla sarıla bilməzsiniz.
Şüurlu ukraynalı bu əclafın yanında oturmaz. Bəs milli qürurumuz niyə onun yanında oturub?
Andrey Şevçenko serb tennisçi Novak Cokoviçin yanında oturacağını bilirdimi? Andrey Şevçenko bilirdi ki, serb və onun atası fəal rusiyapərəstlərdir? Andrey Şevçenko bilirdi ki, Novak Cokoviç Rusiya Federasiyası və Belarus Respublikası idmançılarının idmana qayıtmasının tərəfdarıdır?
Aydındır ki, bilirdi. Necə ki, Abramoviç ondan sanksiyaların götürülməsini istəyəndə Rusiyanın maraqları üçün çalışdığını bildiyi kimi.
Hətta FİFA prezidenti İnfantino ilə şəkil çəkdirəndə də onun tamamilə Rusiya tərəfindən idarə olunduğunu və korlandığını bilirdi.
Biz bütün dünyadan sanksiya, rusiyalı idmançıların beynəlxalq yarışlara buraxılmamasını tələb edirik. Səfirimiz isə əks nöqteyi-nəzərin əsas tərəfdarları və təbliğatçıları ilə söhbət edir. Yəni biz bundan sonra dünyada adekvat qəbul olunarıqmı?
Mən uzun müddət bu məsələdə susdum və hətta etiraf etdim ki, insan səhv edə bilər, amma indi onun səhvləri sistemli xarakter alıb. Yəni bütün bunlar hamısı səhvdir?
Mən başa düşə bilmirəm ki, bu durum ukraynalı idman jurnalistlərini niyə qane edir? Sizcə, doğru zaman deyil, yoxsa başqa səbəb var?
Aut.az