İngiltərə

Fauleri keçdi, qaldı Cerrard

“Liverpul”un hücumçusu Məhəmməd Salah Premyer Liqanın 34-cü turunda “Tottenhem”lə keçirilən oyunda (4:3) qol vurub.

Aut.az xəbər verir ki, bu qol Salahın “Liverpul”un heyətində bütün yarışlarda vurduğu 184-cü qol olub. Misirli bu göstəricidə Robbi Fauleri (183 qol) keçərək 6-cı pilləyə yüksəlib.

Yaxın gələcəkdə Salah Stiven Cerrardı da keçə bilər (186 qol).

İan Raş 346 qolla “Liverpul”un rekordçusudur.

Aut.az