“Liverpul”un “Qalatasaray”a məğlubiyyəti: Runi onu ittiham etdi
“Mançester Yunayted”in əfsanəvi futbolçusu Ueyn Runi “Liverpul”un baş məşqçisi Arne Slotu Çempionlar Liqasında “Qalatasaray”a 0:1 hesabı ilə uduzduqları oyunda verdiyi bir neçə qərara görə tənqid edib.
Aut.az xəbər verir ki, Runinin sözlərini “Daily Mail” sitat gətirib:
“Matçın bitməsinə hələ çox vaxt var idi və o, sadəcə olaraq bütün hücum edən oyunçuları meydana göndərdi və dedi: “Gedin və həll edin”.
Lakin oyun irəlilədikcə, müdafiədə top itkilərinin sayını, hücumdakı uğursuzluqları və Alissonun zədəsini nəzərə alsaq, “Liverpul” üçün işlər daha da pisləşə bilərdi.
Arne Slotun keçən mövsüm etdiyi kimi bəzi qərarları diqqətdən kənarda qalır.
Düşünürəm ki, onun sağ cinahda yarımmüdafiəçidən müdafiəçi kimi və sağ cinah müdafiəçisindən hücumçu kimi istifadə etmək qərarı… Məsələn, bunu “Mançester Yunayted”də Amorim etsəydi, onu məhv edərdilər”.
Aut.az
