İngiltərə

“Barselona”nın əfsanəvi futbolçusunun oğlu tarix yazdı

“İngiltərə Premyer Liqasının Vulverhemton” – “Bornmut” matçında 2 rekord qeydə alınıb.

Aut.az xəbər verir ki, “Barselona”nın və “Ayaks”ın əvsanəvi hücumçusu Patrik Klyuvertin oğlu Castin Premyer Liqa tarixində ilk dəfə penaltidən het-trik edib.

Bundan əvvəl oxşar nəticə 1957-ci ildə “Mançester Siti” – “Everton” matçında baş vermişdi.

Bundan əlavə, “Bornmut”un braziliyalı hücumçusu Evanilson Premyer Liqa tarixində bir matçda 3 penalti qazanan ilk oyunçu olub. Futbolçu bu mövsüm ümumilikdə 5 penalti qazanıb.

Aut.az