Qvardiola Ferqyusonun rekordunu qırdı
İngiltərə Premyer Liqasının 16-cı turunda “Mançester Siti” “Kristal Palas”ı 3:0 hesabı ilə məğlub etdi.
Aut.az xəbər verir ki, bu qələbə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın İngiltərə Premyer Liqasında komandasının üç və ya daha çox qol vurduğu 150-ci qələbəsi olub.
Bu uğura çatmaq üçün ona 358 oyun lazım olub. Beləliklə, Qvardiola Aleks Ferqyusonun 522 matçda 149 belə qələbə rekordunu qırıb.
Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Bu müddət ərzində klubu altı dəfə İngiltərə Premyer Liqası çempionluğuna aparıb.
Aut.az
