Haalandla eyni vaxtda mövcud olmağı bacarıbsınızsa… – “Siti”dən yumoristik paylaşım
“Mançester Siti” bu mövsüm hücumçu Erlinq Haalandın çıxışına zarafatyana reaksiya verib.
Aut.az xəbər verir ki, klubun “X” media hesabında yazılıb:
“Əgər nə vaxtsa kədərlənirsinizsə, unutmayın ki, dünyanın 4,543 milyard il yaşı var və siz necəsə Erlinq Haalandla eyni vaxtda mövcud olmağı bacarıbsınız. Ayrılmağın mənası yoxdur”.
Forvard bütün yarışlarda 23 matçda “şəhərlilər”in və Norveç millisinin heyətində 35 qol vurub. Futbolçunun milli komandası 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına da vəsiqə qazanıb. Bu, dünya çempionatının seçmə mərhələsinin altıncı turunda İtaliya üzərində 4:1 hesablı qələbədən sonra baş verib. Haaland həmin matçda iki dəfə fərqlənib.
Aut.az
