İngiltərə

“Qızıl top” barədə danışdı: Bunun heç xəyalın belə qurmamışdım

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Qızıl top” barədə danışıb.

Aut.az xəbər verir ki, ispaniyalı futbolçu insanların onu mükafata layiq olduğunu söylədiklərinə görə sevindiyini etiraf edib.

“İnsanlar deyirlər ki, mən çox hörmət etdiyim Vinisiusla yarışacam. Düşünürəm ki, o, əla oyunçudur. Haqqımda belə danışmalarının özü görülən işlərlə fəxr etmək üçün əsasdır. Hər şey insanların səsvermə zamanı nəyə dəyər verməsindən, nəyi vacib saymasından asılı olacaq. Düzünü desəm, bu mükafata layiq olan bir çox oyunçu var. Ona görə də qərarın nə olacağını görəcəyik.

Amma təsəvvür edin ki, mən küçəyə çıxanda insanlar “Sən Qızıl Topu qazanacaqsan, buna layiqsən”, – deyə bildirirlər. Mənim üçün qəribə hisslərdir. və bu artıq qələbədir. Dünyanın ən yaxşı oyunçusu ola biləcəyimə inanan insanlar mənə belə şeylər deyirlər – bu inanılmazdır. Bunun heç xəyalın belə qurmamışdım”.

Aut.az