Derbidəki davranışına görə üzr istədi
“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqada “Everton”la matçın sonunda (2:2) etdiyi hərəkətə görə üzr istəyib.
Aut.az xəbər verir ki, Slot oyuna əlavə edilmiş vaxtdan narazı qalıb və hakimə sərt etiraz edib. Buna görə də qırımızı vərəqə alıb. Bundan sonra o, hakimi söyüb.
“Emosiyalar məni üstələyirdi, etiraf edirəm. Geri dönə bilsəydim, hər şeyi başqa cür edərdim. Və ümid edirəm ki, gələcəkdə özümü fərqli aparacağam. Səhv etdim, üzr istəyirəm”, – Slot bildirib.
Aut.az
