İngiltərə

Əfsanə hökumətlə bağlı qalmaqallı tənqidi haqda danışdı: Bir da edər?

İngiltərə futbolunun əfsanəsi Qari Lineker hökuməti immiqrasiya siyasətinə görə tənqid etdiyinə görə peşman deyil.

Aut.az xəbər verir ki, 2023-cü ilin martında sabiq hücumçu, hazırda BBC-nin əməkdaşı, Böyük Britaniya hökumətinin qeyri-qanuni miqrantlarla bağlı təklif etdiyi qanun layihəsini tənqid etdi. Lineker hökumətin ritorikasını “1930-cu illərdə Almaniyanın dili” ilə müqayisə etdi.

BBC  Linekerin fəaliyyətini dayandırdı, bundan sonra İan Rayt və Alan Şirer də proqramdan çəkildi. Lineker digər BBC aparıcıları tərəfindən də dəstəkləndi və nəticədə şənbə günü kanalda ən azı dörd proqram ləğv edildi.

Bir neçə gün sonra Lineker işə qayıtdı.

“İctimaiyyət qarşısında danışdığım üçün peşman deyiləm, çünki haqlı idim – dediklərim doğru idi. Geriyə baxıb bunu yenidən edərdimmi? Xeyr, bundan sonra gələn bütün hay-küyə görə bunu bir daha etməzdim, mən BBC-ni sevirəm və həmin hadisənin telekanala vurduğu zərəri də bəyənmədim… Amma peşmanammı və bunun səhv olduğunu düşünürəm? Xeyr”, – Lineker deyib.

Aut.az