“Liverpul”la “Arsenal”a baxır və “Siti”yə şübhə edir
Roy Kin etiraf edib ki, artıq “Mançester Siti”nin bu mövsüm çempion olacağına şübhə ilə yanaşır.
Premyer Liqanın 14-cü turunda “Tottenhem”lə qarşılaşan “şəhərlilər” heç-heçə edib – 3:3. Pep Qvardiolanın komandası 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
“Əlbəttə, “Mançester Siti”yə qarşı mərc etməzdim, amma onların titul qazanacağına şübhə etməyə başlamışam.
Dörd il dalbadal qalib gələ bilməyəcəklərini idda etməyim üçün səbəb var: bu səviyyəni saxlaya bilməmək, uğura aclığın, motivasiyanın olmamağı, əsas oyunçuların bəzilərinin zədəli olması.
Təbii ki, mən “Arsenal” və “Liverpul”a da baxıram. Xüsusən də “Arsenal”ı deyərdim. Bu komandanın gücü, geniş heyəti və ötən ilin təcrübsəi var”, – Kin “Sky Sports”un efirində deyib.
Aut.az
