İngiltərə

Qvardiola da antirekordla gündəm olarmış

Dekabrın 6-da Premyer Liqanın 15-ci turunun matçında “Mançester Siti” “Aston Villa”ya 0:1 hesabı ilə uduzub.

Aut.az xəbər verir ki, bütün oyun ərzində “Mançester Siti” futbolçuları “Aston Villa”nın qapısına cəmi 2 zərbə endiriblər. Premyer Liqanın mətbuat xidmətinin məlumatına görə, bu, Pep Qvardiolanın komandasının 535 liqa matçında ən aşağı göstəricidir.

Eyni zamanda, “Aston Villa” “Siti”nin qapısına 22 zərbə endirib ki, bu da Qvardiolanın komandalarının eyni dövrdəki rəqibləri ilə görüşlərdə rekord nəticədir.

Aut.az