İngiltərə tarixinin 10 ən yaxşı futbolçusu
“FourFourTwo” jurnalı tarixin ən yaxşı on ingilis futbolçunun adlarını açıqlayıb.
Aut.az xəbər verir ki, cədvəlin birinci pilləsində “Mançester Yunayted”in əfsanəvi hücumçusu Bobbi Çarlton qərarlaşıb. Onun ən yaxın izləyicisi “Vest Hem”in keçmiş müdafiəçisi və kapitanı Bobbi Murdur.
İlk üçlüyü hazırda İngiltərə millisinin kapitanı olan və “Bayern”də çıxış edən Harri Keyn qapayıb.
Xatırladaq ki, oktyabrın 21-də vəfat edən Bobbi Çarlton 1966-cı il dünya çempionatının, həmçinin 1968-ci il Çempionlar Kubokunun qalibidir. Bundan əlavə, əfsanəvi ingilis futbolçu 1966-cı ildə “Qızıl top”u qazanıb. Bobbi həm də 1958-ci ildə “Mançester Yunayted” futbolçularının və məşqçi heyətinin ölümü ilə nəticələnən Münhen hava fəlakətindən sağ çıxanlardan biri olub.
FourFourTwo-ya görə tarixin ən yaxşı 10 ingilis futbolçusu:
1. Bobbi Çarlton
2. Bobbi Mur
3. Harri Keyn
4. Ueyn Runi
5. Jimmy Qriavis
6. Qordon Banks
7. Pol Qaskoyn
8. Devid Bekhem
9. Alan Şirer
10. Qari Lineker
