Almaniyaİngiltərə

Premyer Liqa klubu “Bavariya”dan bu qədər pul tələb edir

“Kristal Pelas”ın yarımmüdafiəçisi Maykl Olise “Bavariya”ya keçməyə yaxındır.

Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, londonlular 22 yaşlı fransız üçün 53 milyon avro, tibbi müayinə üçün isə əlavə 5 milyon avro tələb edilrlər.

Olise 2021-ci ilin iyulundan “Kristal Pelas”da çıxış edir. 2023/24 mövsümündə komandanın heyətində 19 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı futbolçunun dəyərini 55 milyon avro olaraq qiymətləndirir.

Aut.az