İngiltərə

Ouendən onu fitə basılmasına reaksiya: Mən də, valideynlərim də ağlayırdıq

Maykl Ouen “Liverpul” azarkeşlərinin Trent Alexander-Arnoldu fitə basmasından təəssüflənir.

Aut.az xəbər verir ki, Ouen bu barədə İngiltərə mətbuatına danışıb.

“Öz azarkeşləri onu fitə basanda, elə bil ki, boğazımız düyünlənir.

“Nyukasl”ın “Liverpul”a qarşı keçirdiyi oyundan sonra otaqda oturduğumu xatırlayıram. Hər kəs, həm valideynlərim, həm də özüm göz yaşları içində idik. Çünki öz azarkeşlərim tərəfindən fitə basılmışdım.

İndi bunu başa düşmək mənim üçün çətindir və yəqin ki, onun ürəyində nə olduğunu hamıdan yaxşı mən bilirəm.

İndi yadımda qalan tək şey odur ki, çox şeyi unuduram, amma sonda fitə basılmağım xatırlayıram. Bu, klub üçün etdiklərimdə sonra çox ağrılıdır”, – “Liuverpul”un keçmiş oyunçusu deyib.

Aut.az