“Bavariya”nın hücumçusu İngiltərə nəhənglərinin hədəfində
“Bavariya”nın hücumçusu Leroy Sane futbolçu karyerasının harada davam etdirəcəyi ilə bağlı qərar vermədiyini bildirib.
“Gələcəyim haqqında hələ düşünməmişəm. Klub danışıqları davam etdirmək istəyir, amma hələlik bütün diqqətimi bu mövsümə yönəltmək istəyirəm. “Bavariya” mənim üçün ən vacib layihə olaraq qalır, buna heç bir şübhəm yoxdur”.
Bu yaxınlarda mətbuatda alman futbolçu ilə “Mançester Siti” və “Liverpul”un maraqlandığı barədə xəbərlər yayılıb . Onun Münhen klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Bu mövsüm Leroy Sane “Bavariya”nın heyətində 18 oyun keçirib, 9 qol vurub, 7 məhsuldar ötürmə edib.
Aut.az
