Peşəkar Futbol Liqası “Kəpəz”in 2 ev oyununun məkanını dəyişib.
Aut.az xəbər verir ki, bu haqda qurumun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyəti Azərbaycan Premyer Liqasının oyunlarını qəbul etmək üçün yararlı deyil. Bununla əlaqədar Peşəkar Futbol Liqası “Kəpəz” klubunun müraciət və təsdiq məktubunu nəzərə alaraq aprel ayının əvvəlcədən açıqlanan təqvimində dəyişiklik edib.
Dəyişikliyə əsasən, “Kəpəz” aprelin 15-də “Turan Tovuz”a və aprelin 29-u “Sumqayıt”a qarşı ev oyununu Qəbələ şəhər stadionunda keçirəcək.
Renovasiya işlərinə Peşəkar Futbol Liqası tərəfindən baxış keçirildikdən sonra “Kəpəz” klubunun 33-cü turdan sonrakı ev oyunlarının Gəncədə keçirib-keçirməyəcəyinə yekun qərar veriləcək.
Xatırladaq ki, Gəncə şəhər stadionunda oyun keçirilib-keçirilməyəcəyi ilə bağlı məsələn ilk olaraq Aut.az gündəmə gətirmişdi. Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov saytımıza müsahibəsində sözügedən arenada yoxlanış aparacaqlarını və buna uyğun qərar verəcəklərini açıqlamışdı.
Aut.az