Klopp o oyunu xatırladı: İnsult keçirmədiyimə görə şadam
“Liverpul”un baş məşqçisi Yurgen Klopp 2019-cu ildə baş tutan “Mançester Siti” – “Lester” matçını xatırladıb.
Aut.az xəbər verir ki, “şəhərlər” Vinsent Kompaninin vurduğu qol sayəsində rəqibini 1:0 hesabı ilə məğlub edib. Həmin qələbədən sonra “Mançester Siti” çempion oldu, “Liverpul” isə çempionluq şanslarını itirdi.
“O zaman insult keçirmədiyimə görə çox şadam. Divanda uzanıb dedim: “Meddison, Meddison, ona mane ol, bağlayın! O vaxtdan bəri mən Meddisonu sevmirəm”, – Klopp “TheRedmentTV”-yə müsahibəsində deyib.
Aut.az
