İngiltərəİspaniya

Onu əldən buraxan “Yunayted” “Real”ın ulduzuna göz dikib

“Mançester Yunayted” hələ də “Real Madrid”in yarımmüdafiəçisi Aurelien Tçuameni ilə müqavilə imzalamağa ümid edir.

Aut.az xəbər verir ki, “qırmızı şeytanlar” Mateus Fernandes uğrunda mübarizədə “Tottenhem”ə uduzublar, ona görə də artıq digər variantlara keçməyə hazırdırlar.

“Diario AS”-ın məlumatına görə, ingilis nəhəngi yenidən ciddi şəkildə Tçuameni hədəfə alıb. O, yarımmüdafiədə Kazemironun əvəzedicisi kimi ideal oyunçu hesab olunur. Lakin mənbə qeyd edir ki, “Mançester Yunayted” 26 yaşlı fransız futbolçunun transferinin olduqca çətin olacağını başa düşür, çünki bu, xeyli məbləğ tələb edəcək.

Daha əvvəl “Real Madrid”in bu yay Aurelien Tçuaménini satmağı düşündüyü bildirilmişdi. Yarımmüdafiəçinin “Transfermarkt” saytında qiyməti 70 milyon avrodur.

Aut.az