Türkiyə klubu “Barselona”nın qapısını döydü: Sönən ulduza görə
“Barselona” klubunun 22 yaşlı hücumçusu Ansu Fati ilə “Beşiktaş” klubu ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Türkiyə klubu heyətini ispaniyalı vingerlə gücləndirmək istəyir. “Ağ-qaralar” futbolçunu icarəyə götürmək imkanını nəzərdən keçirir və ona komandanın yeni siması olmağı təklif edir.
Ansunun xidmətində “Beşiktaş”dan başqa “Jirona”, “Tottenhem” və “Vest Hem” də maraqlıdır.
Bir vaxtlar dünya futbolunun ən parlaq istedadlarından biri hesab edilən Fati son vaxtlar Kataloniya klubunun əsas heyətinə düşə bilmir. Bu mövsüm forvard La Liqada “Barselona” forması ilə 4 oyuna çıxıb.
Aut.az
