İspaniya

Ançelottidən etiraf: Onun sayəsində “Real”dayam

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın sabiq futbolçusu, hazırda “Sevilya”da çıxış edən Serxio Ramos haqda danışıb .

“Mən Serxionu görmək və ona salam vermək istərdim. Sahib olduğum bütün oyunçulara sevgim var, amma ona xüsusi bir sevgim var. Bu gün buradayamsa, bu, yalnız Serxio Ramosun sayəsindədir.

O, 2014-cü ildə Çempionlar Liqasının finalında qol vurmasaydı, yəqin ki, burada olmazdım.

Buna və bu klub üçün etdiyi hər şeyə görə hamı onu çox sevir. Ümid edək ki, o, qol vurmayacaq, amma vurarsa, istədiyi kimi qeyd edə bilər”, – ESPN Ançelottidən sitat gətirib.

Bu gün, oktyabrın 21-də İspaniya çempionatının 10-cu turunda  “Real” və “Sevilya” qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Madrid klubu La Liqada turnir cədvəlinə başçılıq edir.

Aut.az