Dünya futbolu

“Böyük beşlik”dən kənarda oynayan futbolçuların YIĞMASI

Avropanın ən güclü beş futbol liqasından (İngiltərə, Almaniya, İspaniya, İtaliya və Fransa) kənarda çıxış edən ən bahalı futbolçulardan ibarət milli komandanın tərkibi açıqlanıb.

Aut.az xəbər verir ki, heyəti “Transfermarkt” internet portalı müəyyənləşdirib. 11 nəfərlik heyətin ümumi dəyəri 452 milyon avro təşkil edib.

Komandaya daxildir: qapıçı Dioqo Kosta (“Porto”, 45 milyon avro); müdafiəçilər David Hanko (“Feyenoord”, 30 milyon avro), Qonçalo İnasio (“Sportinq Lissabon”, 30 milyon avro), Antonio Silva (“Benfika”, 45 milyon avro), Lutsarel Qertruyda (“Feyenoord”, 35 milyon avro); yarımmüdafiəçilər Sergey Milinkoviç-Saviç (“Əl-Hilal”, 50 milyon avro), Fabinyo (“Əl-İttihad”, 42 milyon avro), Marko Verratti (“Əl-Ərəbi”, 40 milyon avro); hücumçular Neymar (“Əl-Hilal”, 60 milyon avro), Santyaqo Ximenez (“Feyenoord”, 40 milyon avro), Lionel Messi (“İnter Mayami”, 35 milyon avro).

Aut.az