Onu qumar oynamaqda ittiham edən jurnalisti məhkəməyə verir
“İnter”in və İtaliya millisinin yarımmüdafiəçisi Nikolo Barella jurnalist Fabritsio Koronanı qanunsuz mərc oyunlarında iştirakı ilə bağlı yalan məlumat yaydığına görə məhkəməyə verəcəyini bildirib.
Aut.az xəbər verir ki, Barella bu barədə sosial şəbəkədə yazıb:
“Haqqımda yazılan hər şeyə baxmayaraq, uzun müddət susmuşam. Mən heç vaxt mərc etmək (xüsusilə də işimdə) bir yana, qumar oynamağı da sevməmişəm.
Məni maraqlandıran yeganə şey qızlarımı və ailəmi bu böhtanlardan qorumaqdır. Ona görə də bu gündən etibarən məhkəmə proseslərinə başlayacağam”.
İtaliya mətbuatı mərc qalmaqalında təxminən 50 nəfərin əli ola biləcəyini yazıb. Barella da şübhəlilər siyahısına daxil edilib.
“Yuventus”un yarımmüdafiəçisi Nikolo Faqioli mərc etdiyinə görə 7 aylıq futboldan uzaqlaşdırılıb.
Aut.az
