İngiltərə

Bu klub ulduzunu göndərir: Salahı gətirmək üçün

“Liverpul”un hücumçusu Məhəmməd Salah karyerasını “Əl-Hilal” da davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “L’ Equipe” məlumat yayıb.

Məlum olub ki, “Əl-Hilal” rəhbərliyi artıq mümkün transferlə bağlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. Məsələ ondadır ki, braziliyalı hücumçu Neymarın Səudiyyə Ərəbistanı klubundan ayrılacaq. Bu da komandaya yeni əcnəbi futbolçu ilə müqavilə bağlamaq imkanı qazandıracaq. Neymarın əvəzinə isə Salahın gətirilməsi planlaşdırılır.

Bu mövsüm Salah Premyer Liqada “Liverpul”un heyətində 20 oyun keçirib, 18 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi bu mövsümün sonuna kimidir.

Aut.az