İngiltərə

Şeyxin adamları elə təkliflərlə gəldilər ki… – FOTO

Qətər Şeyxi Casim bin Həməd Al Taninin nümayəndələri bu gün – martın 16-da “Old Trafford”a baş çəkib

Aut.az “The Sun”a istinadən xəbər verir ki, onlar klub nümayəndələri ilə “Mançester Yunayted”in alınmasını müzakirə ediblər.

Qətər nümayəndə heyəti ilə müzakirələrin konstruktiv keçdiyi qeyd edilir.

Şeyxin “Yunayted”in səhmlərini 100% almaq təklifi güclü dəstək alır. Bildirilir ki, Əl Tani Qleyzer ailəsinə “Mançester Yunayted” üçün 5,5 milyard avrodan çox təklif etmək, həmçinin klubun borclarını silmək, “Old Trafford”un və Karrinqton bazasının modernləşdirilməsini maliyyələşdirmək niyyətindədir.

Şeyxin adamları elə təkliflərlə gəldilər ki... - FOTO

Mançesterdə Qətər tərəfi adından “Nine Two” Fondunun prezidenti Şahzad Şahbaz və “Bank of America”nın idarəedici direktoru Yaser Şah iştirak ediblər. Onları “Macfarlanes” beynəlxalq hüquq firmasının bir neçə vəkili müşayiət edib. Qətər Şeyxini təmsil edən rəsmilər futbol, ​​maliyyə və kommersiya kimi müxtəlif departamentlərin əməkdaşları ilə görüşüblər. Onlara, həmçinin “Old Trafford” və “Karrinqton”un məşq meydançasına ekskursiya ediblər.

Aut.az