Qadınların futbolçulara qarşı ittihamları ilə bağlı hekayələr bitmək bilmir. Bu dəfə hadisələrin mərkəzində Niderland millisinin üzvü Yasper Sillessen və onun keçmiş həyat yoldaşı Mariya Moran yer alır.
İspaniyalı telejurnalist Mariya məhkəməyə müraciət edərək, uşaq doğulduqdan sonra müalicə xərcləri üçün NEK-in qapıçısından 1200 avro tələb edib. İddia edilir ki, Yasper onun doğum xərclərini qarşılamayıb.
Onların münasibətləri pozulub. Sillessen, hamilə olduğunu öyrəndikdən sonra Morandan ayrılıb. Mariyanın sözlərinə görə, o, uşağın dünyaya gəlməsini istəməyib və onu şantaj edib:
“Sillessen uşaq istəmirdi və hamilə olduğumu öyrənən anda məni şantaj etdi. Şəxsi foto və videolarımı dərc etməklə hədələdi. O, abort etməkdə israr etdi, lakin 2021-ci ilin oktyabrında uşaq dünyaya gəldi. İndi Sillessen başqası ilə görüşür. Bu məni maraqlandırmır. Onun həyatı məni narahat etmir. Xəstəxanada olanda da qızı haqqında heç bir məlumat almayan biri hörmətə layiq deyil. Qızının çox xəstə olduğunu bilirdi, amma vecinə deyildi”.
33 yaşlı qolkiper isə susmağı seçir. O, yaramaz insan kimi görünür. Buna rəğmən, ictimaiyyətlə açıq danışmır. Baxmayaraq ki, onun sözləri problemin həlli və aydınlaşması üçün vacib ola bilər.
Sillessen Niderland futbol ictimaiyyətində xoşagəlməz insan hesab olunur. 2022-ci ilin payızında keçmiş komanda yoldaşı Rafael van der Vaart “Studio Voetbal”a verdiyi müsahibədə onun qapıçılıq qabiliyyətini tərifləsə də, şəxsi barədə bunları dedi: “Düzünü desəm, o, xoşagəlməz oğlandır. Bunu mətbuatdan da görmək olar. O, daha çox qalmaqallarla gündəmə gəlir”.
Qeyd etdiyimiz kimi, Silessen ilk dəfə deyil ki, qalmaqallarla gündəmə gəlir. Niderland millisinin heyətində onu Dünya çempionatına aparmadığı üçün Lui van Qala qəzəblənib və mütəxəssislə telefonda uzun müddət mübahisə edib. AVRO-2020-dən kənarda qalan narıncıların çalışdırıcısı Frank de Buru açıq şəkildə tənqid etməklə də gündəmə gəlib.
Hazırda çıxış etdiyi NEK-in yetirməsi olan Yasper Silessen karyerası ərzində “Ayaks”, “Barselona” və “Valensiya” kimi klublarda da çıxış edib.
Aut.az