Futbolda, bəlkə də ən təhlükəli iş baş məşqçi postudur. Komanda uğursuz çıxış edirsə, dərhal baş məşqçi istefaya göndərilir. Əlbəttə, bundan asan variant hələ ki, mümkün deyil. Bir nəfəri qovmaq bütün komandanı dəyişməkdən asandır. Çox nadir hallarda olur ki, hansısa mütəxəssis uğur qazanır, amma istefa verir.
Aut.az xəbər verir ki, Avropanın məşqçi bazarında hazırda xeyli işsiz mütəxəssis var. Özü də adlı-sanlı. Onların əksəriyyəti uğursuzluğa görə istefaya göndərilib. Amma aralarında elələri də var ki, nəticə verdikdən sonra özü gedib. Beləliklə, Avropanın işsiz məşqçilər “bazarı”na nəzər salaq:
Zinəddin Zidan
30 iyun 2021-ci ildən işsizdir. Son iş yeri: “Real”. Hər matçda orta hesabla topladığı xal – 2.1.
Ule Qunnar Sulşer
21 noyabr 2021-ci ildən işsizdir. Son iş yeri: “Mançester Yunayted”. Hər matçda orta hesabla topladığı xal – 1,81.
Rafael Benites
16 yanvar 2022-ci il tarixindən etibarən işsizdir. Son iş yeri: “Everton”. Hər matçda orta hesabla topladığı xal – 1,72.
Klaudio Ranyeri
24 yanvar 2022-ci ildən işsizdir. Son iş yeri: “Uotford”.
Hər matçda orta hesabla topladığı xal – 1,64.
Marselo Bielsa
27 fevral 2022-ci il tarixindən etibarən işsizdir. Son iş yeri: “Lids”. Hər matçda orta hesabla topladığı xal – 1,65.
Yoahim Löv
31 iyul 2021-ci ildən işsizdir. Son iş yeri: Almaniya millisi.
Hər matçda orta hesabla topladığı xal – 1,87.
Tomas Tuxel
7 sentyabr 2022-ci ildən işsizdir. Son iş yeri: “Çelsi”. Hər matçda orta hesabla topladığı xal – 1,93.
Domeniko Tedesko
7 sentyabr 2022-ci ildən işsizdir. Son iş yeri: “Leyptsiq”. Hər matçda orta hesabla topladığı xal – 1,76.
Xulen Lopeteqi
6 oktyabr 2022-ci ildən işsizdir. Son iş yeri: “Sevilya”. Hər matçda orta hesabla topladığı xal – 1,85.
Və digərləri:
Yurgen Klinsman
2020-ci ilin fevral ayından işsizdir.
Andre Villaş-Boaş
2021-ci ilin fevralından bəri işsizdir.
Frank de Bur
2021-ci ilin iyun ayından bəri işsizdir.
Andrey Şevçenko
2022-ci ilin yanvar ayından işsizdir.
Sinişa Mixayloviç
2022-ci ilin sentyabrından bəri işsizdir.
Paolo Vanoli
2022-ci ilin iyun ayından bəri işsizdir.
Roy Hocson
2022-ci ilin iyun ayından bəri işsizdir.
Aut.az