Əfsanə Usik haqda: Onu əzişdirərdim
Keçmiş şəksiz dünya çempionu və Beynəlxalq Boks Şöhrət Zalının üzvü, britaniyalı Lennoks Lyuis 39 yaşlı məğlubedilməz ukraynalı Aleksandr Usik haqda danışıb.
Aut.az xəbər verir ki, Lyuis əminliklə bildirib ki, karyerasını zirvəsində olduğu vaxt Usiki məğlub edərdi.
“Boxing News” Lyuisin sözlərini sitat gətirib:
“Bu dövrdə yarışmamağım təəssüf doğurur, onunla döyüşmək istərdim. Niyə heç kimin onu saxlaya bilmədiyini başa düşmürəm. Onu mütləq əzişdirərdim”.
Ukraynalı boksçunun peşəkar karyerasında 25 qələbə var ki, bunlardan 16-sı nokautla bitib. Aleksandr Usik peşəkar debütünü 2013-cü ilin noyabr ayında edib. O, 2012-ci il Olimpiya Oyunlarının çempionudur.
Aut.az
