Təsdiqlədi: Onların qalibi ilə döyüşməyə hazırdır
Mütləq dünya çempionu, ukraynalı Aleksandr Usik fevralın 22-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) britaniyalı Daniel Dyubua və yeni zelandiyalı Cozef Parker arasında titul uğrunda döyüşün qalibi ilə döyüşməyə hazır olduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, “Sky Sports” Usikdən sitat gətirib: “Kim qalib gəlsə, döyüşəcəyəm, Cozef Parker və ya Daniel Dyubua… Problem yoxdur”.
Qeyd edək ki, Usik və Dyubua artıq rinqdə qarşılaşıblar. Döyüş 2023-cü ilin avqustunda Polşada keçirilib və ukraynalının doqquzuncu raundda nokautla qalib gəlməsi ilə başa çatıb.
Aut.az
