Titula məcburi iddiaçı ola bilər
Britaniyalı superağır çəki boksçusu Mozes İtauma (14-0, 12 KO) Ümumdünya Boks Təşkilatının (WBO) tituluna rəsmi məcburi iddiaçı olmağa yaxındır.
Aut.az xəbər verir ki, bu barədə WBO prezidenti Qustavo Olivieri sosial şəbəkədə açıqlama verib.
Onun sözlərinə görə, İtaumanın WBO reytinqində bir nömrəli iddiaçı olması və son döyüşdə Jermeyn Franklin üzərində nokaut qələbəsi qazanaraq qitələrarası titulunu qoruması, onun divizionda mövqeyini daha da möhkəmləndirib:
“Buna uyğun olaraq, mən rəsmi şəkildə Çempionlar Komitəsinə İtaumanın superağır çəkidə WBO kəməri uğrunda döyüş üçün məcburi iddiaçı kimi təyin olunmasını tövsiyə edəcəyəm”.
Xatırladaq ki, Mozes İtauma son qarşılaşmasında Jermeyn Franklini 5-ci raundda nokaut edərək diqqətləri üzərinə çəkib.
Aut.az
