Boks

İlin ən yaxşısı kim seçiləcək? – Namizədlər açıqlandı

WBC, WBA və IBF kəmərlərinin sahibi Aleksandr Usik (24-0, 15 KO) nüfuzlu The Ring jurnalının versiyasına görə 2025-ci ilin “İlin boksçusu” nominasiyasına düşməyib.

Aut.az xəbər verir ki, “The Ring Awards” mükafatlandırma mərasiminin ikinci illik tədbiri yanvarın 30-da, cümə günü Nyu-Yorkda keçiriləcək.

“The Ring”in 2025-ci il üçün “İlin boksçusu” nominasiyasına namizədlər arasında yarım-ağır çəkidə WBA, WBO və IBF çempionu Dmitri Bivol (24-1, 12 KO), üç çəki dərəcəsində sabiq mütləq dünya çempionu Terens Krouford (42-0, 31 KO), ikinci ən yüngül çəki dərəcəsində WBC, WBA və WBO çempionu Cessi Rodriges (23-0, 16 KO), eyni çəki dərəcəsində mütləq dünya çempionu Naoya İnoue (32-0, 27 KO), həmçinin ağır çəkidə WBO titulunun sahibi Fabio Uordli (20-0-1, 19 KO) yer alıb.

Aut.az