Boks

Məşhur boksçu həbs edildi

ABŞ-da məhkəmədən qaçamağa çalışan çalışan ağır çəkili boksçu Cared Anderson həbs edilib.

Aut.az xəbər verir ki, Anderson polis təqib edilib. O, qaçış zamanı üç dəfə təxminən 200 km/saat sürətlə yolda təhlükəli vəziyyətlər yaradıb. Nəticədə Anderson idarəetməni itirərək qəza keçirib. O, yalnız bundan sonra saxlanıla bilib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. O, polislərdən və ictimaiyyətdən üzr istəyib. Sonra 10 min dollar girov müqavilində sərbəst buraxılıb. Eyni zamanda məhkəmə prosesi bitənə qədər sürücülük hüququ ləğv edilib.

Anderson noyabr ayında Ohayo ştatında həbs edilmişdi. O, sərxoş vəziyyətdə olarkən avtomobildə odlu silahla düzgün davranmamaqda, alkoqol və ya narkotikin təsiri altında nəqliyyat vasitəsini idarə etməkdə ittiham olunub. Amerika mətbuatının yazdığına görə, boksçunu 5 ilə qədər həbs cəzası gözləyə bilər.

Qeyd edək ki, 24 yaşlı Ceyd ən perspektivli ağır çəkili idmançılardan biri hesab olunur. O, peşəkar kimi 16 döyüş keçirib və hamısında qələbə qazanıb. Bunlardan 15-i nokautla reallaşıb. Cinayət işi davam etməsinə rəğmən, növbəti döyüşləri üçün məşqlərini davam etdirir.