Uaylder Ngqannu ilə döyüşməyə hazırdır?
Keçmiş WBC dünya çempionu Deontey Uaylder keçmiş UFC ulduzu Frensis Nqanunu ilə döyüşməyə hazırdır.
Aut.az xəbər verir ki, məlumatı “Sky Sports” yayıb.
Bildirilir ki, Nqanunu Uaylderə çağırış edib və rinqdə üz-üzə gələrək bütün məsələləri aydınlaşdırmağı təklif edib. ABŞ-li boksçu isə 2026-cı ildə döyüş keçirməyə qarşı olmadığını bildirib.
Qeyd edək ki, Uaylder sonuncu döyüşünü iyul ayının sonunda keçirib. Rəqibi Tayrell Herndon olub və görüş 7-ci raundda Uaylderin erkən qələbəsi ilə başa çatıb. 38 yaşlı Nqanunu isə UFC ağır çəkidə sabiq çempion olub və peşəkar boksda iki döyüş keçirərək Tayson Fyuri və Entoni Coşuya məğlub olub.
Aut.az
