İngiltərə

Daha bir ulduz “Siti”dən ayrılır

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva cari mövsümün sonunda klubu tərk etmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb. Silva 2017-ci ildən “Siti”də çıxış edir. Bu müddət ərzində o, klubda bütün yarışlarda 437 oyun keçirib, 73 qol vurub və 76 məhsuldar ötürmə verib.

Xosep Qvardiolanın rəhbərliyi altında o, altı Premyer Liqa və Çempionlar Liqası kuboku da daxil olmaqla, ümumilikdə 18 kubok qazanıb.

Aut.az