Qaydasız döyüş

O çempionluqdan sonra İslamın həyatında nə dəyişib?

34 yaşlı hazırkı UFC çempionu (77 kq-a qədər) İslam Mahaçev Nyu-Yorkda (ABŞ) keçirilən UFC 322 turnirində avstraliyalı Cek Della Maddalenanı yekdil qərarla məğlub edərək ikinci UFC kəmərini qazandıqdan sonra həyatında baş verən dəyişikliklər haqda danışıb.

Aut.az xəbər verir ki, Mahaçev “Çempionların vətəni: İslam Mahaçev” sənədli film seriyasında deyib:

“Həyat çox dəyişməyib. Nəyin dəyişdiyini belə deyə bilmərəm. Bəlkə də mediada daha çox tanınmağa başlamışam. Amma əks halda həyat həmişəki kimi davam edir”.

Aut.az