Qaydasız döyüş

Gəlin pul qazanaq – Makqreqorla 3-cü döyüşü də istəyir

UFC-nin yarımyüngül çəki çempionu Maks Hollouey (28-9) irlandiyalı Konor Makqreqor (22-7) ilə üçüncü döyüşdə iştirak etmək istəyir.

Aut.az xəbər verir ki, amerikalı idmançının sözləri UFC tərəfindən sitat gətirilib.

Hollouey, ayağından zədə almasına baxmayaraq, mübarizəni davam etdirmək əzmində olan irlandiyalıya hörmətini bildirib.

“Uşaqlar, gəlin Konor Makqreqoru alqışlayaq. O, necə də vəhşidir! Mən döyüşü dayandırmağa çalışdım, amma o, məndən davam etməyə icazə verməyimi istədi”, – Hollouey deyib.

34 yaşlı döyüşçü Makqreqorla daha bir döyüş keçirməyə ümid edir.

“Bəxtiniz gətirib, çünki indi Hollouey ilə Makqreqor arasında üçüncü döyüş olacaq. Gəlin bir az pul qazanaq, uşaqlar!

Nə deyə bilərəm? Deyəsən, qorxudan dizlərini bükmüşdüm. Bu barədə çoxlu hay-küy var, elə deyilmi? Biz bunu yenidən etməliyik. Bizim 100% başqa bir döyüşə ehtiyacımız var”, – Hollouey bildirib.

Hollouey ilə Makqreqor arasındakı döyüş amerikalı boksçunun ilk raundda texniki nokautla qələbəsi ilə başa çatıb. İrlandiyalının ayağından zədə alması səbəbindən döyüş 69-cu saniyədə dayandırılıb.

Aut.az