Qaydasız döyüş

Yenə də özünü öydü: Brüs Lidən sonra ən böyük mənəm

İki çəki dərəcəsində keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqor, təşkilatın tarixində yarımyüngül çəkidə (65 kq-a qədər) ən yaxşı döyüşçünün kim olduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, ESPN Makqreqorun sözlərini sitat gətirib:

“Ən böyük yarıyüngül çəkililərin bu reytinqləri… Mən bu insanları məğlub etdim, amma siyahıda deyiləm. Onları necə bu qədər asanlıqla məğlub etdim? Aktivliklə.

Əlbəttə ki, başa düşürəm, bu, ədalətli bir ifadədir, amma bacarığı da gözardı etmək olmaz. Ən yaxşı kim idi? Mən. Və nəticələr bunu sübut edir.

Hər şeyi başa düşürəm, amma yenə də razı deyiləm. Mən Brüs Lidən sonra ən böyük yarımyüngül çəkiliyəm”.

Makqreqor iyulun 12-də UFC 329 turnirində amerikalı Maks Hollouey ilə revanş döyüşü keçirəcək.

Aut.az