Fransa yığmasının 26 futbolçusundan neçəsi fransızdır? – Rəsmən açıqlandı
İspaniyadakı Fransa səfirliyi milli komandanın bütün oyunçularının fransız olduğunu bildirib.
Aut.az xəbər verir ki, səfirlik bununla bağlı sosial mediada paylaşım edib:
“Mübahisəyə girmək istəmədən, faktları xatırlamağa dəyər.
Fransa milli komandasındakı bütün oyunçular fransızdır. 26 oyunçudan 23-ü Fransada anadan olub. Ölkə xaricində anadan olan üç nəfər də fransızdır”.
Daha əvvəl İspaniyanın keçmiş Baş naziri Mariano Rahoy 2026-cı il Dünya Kubokunun yarımfinalında Fransa komandası ilə qarşıdakı oyun barədə danışarkən demişdi: ” Onların fantastik heyəti var – baxmayaraq ki, fransız deyillər. Məndə elə bir hiss var ki, biz qalib gələcəyik”.
Bundan əlavə, Argentinanın Mendoza əyalətinin vitse-qubernatoru Hebe Kasado Fransa milli komandasını “pis əxlaqlı Afrika komandası ” adlandırıb.
Aut.az
