Dünya futboluAzərbaycan futbolu

Regekampf sabiq arvadı ilə barışdı – Bakıdakının aqibəti necə olacaq?

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf sabiq həyat yoldaşı Anamariya Prodanla barışıb.

Aut.az xəbər verir ki, bu barədə keçmiş futbol agenti Rumıniya mətbuatına açıqlamasında deyib. Prodan bildirib ki, gmedia onların həyatından çıxdıqdan sonra münasibətləri düzəlib:

“Hər şeydən, uşaqlardan danışırıq, heyrətamiz münasibətimiz var, heç bir problemimiz yoxdur. Hər şeyi müzakirə edirik, birlikdə qərar veririk. Tanrıya şükürlər olsun”.

Qeyd edək ki, Regekampfla Prodannın münasibətləri heç də yaxşı deyildi. Onlar yanvarda əlbəyaxa belə olmuşdu, Laurentsiu onu döymüşdü. Həmin vaxt “Neftçi”nin baş məşçqçisinin işi polisə qədər getmişdi.

Ötən il Anamariyadan ayrılan Regekampfın hazırda Korina Kaçuk adlı yeni sevgilisi var. Cütlük Bakıda yaşayır.