Azərbaycan futbolu

Babək Quliyev Konfrans Liqasının oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

Aut.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Hamrun” (Malta) – “Runavik” (Farer adaları) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma iyulun 16-da, Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda baş tutacaq.