Azərbaycan futbolu

“Qarabağ” bu gün başladı

“Qarabağ” bu gündən etibarən yeni mövsümün hazırlığına başlayıb.

Aut.az xəbər verir ki, hazırlığın ilk mərhələsi Bakıda baş tutacaq. Komanda iyunun 22-də hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının qalibi Çempionlar Liqasında ölkəmizi təmsil edəcək. Komandamız birinci təsnifat mərhələsindən başlayacaq. “Köhlən atlılar”ın ilk rəqibinin adına iyunun 13-də keçiriləcək püşkatma mərasimində aydınlıq gələcək.