Azərbaycan futbolu

Əsgər Abdullayev: “Diqqətli olmalıydıq, amma komandamdan razıyam”

“İmişli”nin baş məşqçisi Əsgər Abdullayev Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qəbələ” ilə (0:1) oyunundan sonra danışıb.

Aut.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının məğlubiyyətini şərh edib: “Maraqlı oyun keçdi. “Qəbələ”ni qələbə münasibətilə təbrik edirəm. Sonuncu dəqiqədə qol buraxdıq. Daha diqqətli olmalıydıq. İstənilən halda, futbolçulardan, komandamdan razıyam”.

– Sona qədər qapının toxunulmazlığını saxlamaq üçün təcrübə çatmadı, yoxsa rəqib çox güclü idi?

– Mən belə deməzdim. Hardasa diqqətsizlik rolunu oynadı. İstənilən halda, futbolçularıma göstərdikləri oyuna görə minnətdarlığımı bildirirəm. Sona qədər döyüşdülər, vuruşdular. Amma epizodlarda daha diqqətli olmaq lazımdır.

– Bu oyunla Premyer Liqa klublarına qarşı oynamağa hazır olduğunuzu göstərdiz?

– Bəli.