Avropa Liqası

Avropa Liqasının favoritləri açıqlandı: “Qalatasaray”la “Qarabağ”…

İsveçrənin Nyon şəhərində Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı.

Aut.az xəbər verir ki, BET CITY analitikləri püşkatmadan sonra komandaların Avropa Liqasının qalibi olmaq şanslarını təhlil etdi və əsas favoriti müəyyənləşdiriblər.

Mütəxəssislərin fikrincə, Avropa Liqasının qalibi “Liverpul” olacaq. Yurgen Kloppun futbolçularının şansları çox yüksəkdir – 3.30. İngilislər kuboku qazana bilməyəcəklər variantının əmsalı cəmisi 1.33-dür.

Avropa Liqasında digər ən real iddiaçı “Bayer”dir. Xabi Alonsonun futbolçularının şansları 7.00 olaraq qiymətləndirilir.

Çempionlar Liqasından kənarda qalan İtaliya “Milan”ı kuboka əsas üç namizədi qapayır – əmsal 9.50

“Brayton” və “Roma” 17.00, “Benfika” və “Vest Hem” isə 20.00 əmsalla sonrakı pillələrdədir.

“Atalanta”, “Villarreal” və “Lans”ın Avropa Liqasını qazanma şansları 25.00 əmsallarla qiymətləndirilir.

“Qalatasaray” və “Qarabağ” isə aşkar autsayder hesab olunurlar.

İlk pley-off oyunları 15-22 fevralda keçiriləcək. Bu turun qalibləri 1/8 finalda Avropa Liqasının qrup qaliblərinə qoşulacaqlar.

Aut.az