DÇ-2026: Hakimlər 27 dəfə VAR-a baxıblar, yalnız bir dəfə…
Hakimlər 2026-cı il Dünya Kuboku matçları zamanı VAR-dan çox asılı olublar.
Aut.az xəbər verir ki, “MisterChip”in məlumatına görə, dünya çempionatında hakimlər27 dəfə VAR-a müraciət ediblər.
Videoya baxdıqdan sonra yalnız bir hakim ilkin qərarında qalıb: Əlireza Fəqani qərarını qüvvədə saxlayıb və Fransa-Seneqal matçında penalti təyin etməyib.
Argentina, Fransa, İspaniya və İngiltərə 2026-cı il Dünya Kubokunun yarımfinalında mübarizə aparacaqlar.
Aut.az
