Dünya cempionatıİngiltərə

Hələ DÇ-dən əvvəl demişdim ki, ona ehtiyacımız olacaq – Runi kimi deyir?

İngiltərə millisinin keçmiş kapitanı Ueyn Runi Cud Bellinqemin 2026-cı il dünya çempionatının 1/4 finalında Norveç üzərində qələbəyə verdiyi töhfəni yüksək qiymətləndirib.

Aut.az xəbər verir ki, Runi bu barədə “BBC Sport”a bildirib:

“Bizdə keyfiyyət, sürət və temp çatışmırdı, amma komandada Cud Bellinqem kimi oyunçular olduqda, həmişə şansınız olur. Turnir başlamazdan əvvəl demişdim ki, Cud Bellinqemə ehtiyac duyacağımız bir oyun olacaq və 2005-ci il Çempionlar Liqasının finalında Stiven Cerrardın nümunəsini gətirdim. Ona ən çox ehtiyac duyduğumuz oyunda o, peyda oldu”.

İngiltərə 2026-cı il Dünya Kubokunun yarımfinalında Argentina ilə qarşılaşacaq.

Aut.az