Dünya futbolu

Dünyanın ən bahalı futbolçuları – Mbappe “ucuzlaşıb”

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 100 futbolçusunu açıqlayıb.

Aut.az xəbər verir ki, siyahının ilk pilləsində “Mançester Siti”nin hücumçusu Erlinq Haaland qərarlaşıb.

23 yaşlı forvardın transfer dəyəri 245,1 milyon avro göstərilib.

Braziliya yığmasının və İspaniyanın “Real”ın üzvü Vinisius Junior (196,3 milyon avro) ikinci, “Arsenal”ın hücumçusu Bukayo Saka (195,8 milyon avro) üçüncü sırada yer alıb.

İlk “10-luq”da, həmçinin, Dortmund “Borussiya”sından Cud Bellinqem (190,2), “Real”dan Rodriqo (184,5), “Barselona”dan Pedri (178) və Qavi (174,1), “Bavariya”dan Camal Musiala (170,2), “Mançester Siti”dən Fil Foden (166,8), PSJ-dən Kilian Mbappe (163,2) də var.

Aut.az