Marmuş “Siti”dən ayrılır?
“Mançester Siti”nin hücumçusu Omar Marmuş “Nyukasl” və “Tottenhem”in maraq dairəsindədir.
Aut.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
Mənbənin məlumatına görə, oyunçu yaxın gələcəkdə gələcəyi ilə bağlı “Mançester Siti” ilə danışıqlar aparmağı planlaşdırır. Hücumçu mümkün gediş barədə qərar verməzdən əvvəl yeni baş məşqçi Entso Mareskanın mövqeyini anlamaq istəyir. Əgər Mareska Marmuşla maraqlanarsa, misirli qalmağa və heyətdəki yer uğrunda mübarizə aparmağa hazırdır.
“Mançester Siti” ötən yay Marmusu transfer edib. O vaxtdan bəri o, bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
